Evdən qanunsuz avtomat aşkarlandı

24 Dekabr 2021 13:18

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi və 1 ədəd "AK-74" markalı avtomat silahı aşkar edilərək götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Milli.Az