Dünyaca məşhur qrup səhnədən gedir

24 Dekabr 2021 13:24

Dünyaca məşhur "Coldplay" qrupu musiqi ilə vidalaşacağını açıqlayıb.

Milli.Az Olay-a istinadən xəbər verir ki,1996-cı ildə vocalist Kris Martin və baş gitarist Conni Bakland tərəfindən yaranan qrup 2025-ci ildə səhnədən gedəcəyini açıqlayıb.

Qeyd edək ki, 5 nəfərdən ibarət olan qrup dəfələrlə "Qremmi", BRIT, MTV musiqi mükafatlarına layiq görülüb.

Milli.Az