Dolların ucuzlaşması davam edəcəkmi? - Nazir

24 Dekabr 2021 10:48

Yazdan əvvəl çox sürətli dəyişikliyin şahidi olacağıq. Güvən gəldi, nüfuzumuz yetərlidir, gələcəyə baxışımız aydındır. Türkiyənin hər sahədə təcrübəsi var. Beləliklə, bu yazdan biz sürətli bir transformasiya görəcəyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati "Dolların ucuzlaşması davam edəcəkmi" sualını cavablandırarkən deyib.

"Biz elə bir tədbir görmüşük ki, fiziki şəxslərin dollar, avro, funt-sterlinq borcunun olması mümkün deyil", - nazir qeyd edib.

Milli.Az