Taleh Yüzbəyov büdcəni açıqladı

24 Dekabr 2021 10:18

Ötən gün premyerası olan "Zəhər Tuluğu" filminin büdcəsi açıqlanıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu barədə ekran işinin rejissorlarından biri, baş qəhrəman Taleh Yüzbəyov danışıb.  

Aktyor "10-da görüşək" proqramında qonaq olarkən layihə üçün 150-200 min AZN xərcləndiyini qeyd edib.  

"Dünya üçün çox az, bizim üçün normal büdcədir",- deyə Yüzbəyov bildirib. 

Milli.Az