“Omikron”u dərhal aşkarlaya bilən test hazırlanıb

24 Dekabr 2021 11:36

Rusiyada "Omikron"u dərhal aşkarlaya bilən test hazırlanıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vektor" Araşdırmalar Mərkəzinin direktoru Rinat Maksudov xəbər verib:

""Rospotrebnadzor"un elmi təşkilatlarında nəinki SARS-CoV-2-nin bütün variantlarını müəyyən etməyə, həm də "Omikron" variantını fərqləndirən test sistemləri hazırlayıb" , - deyə Maksudov əlavə edib.

Maksudovun sözlərinə görə, test sistemləri hazırda laborator tədqiqatlarından keçir və lazım gələrsə, qeydiyyata alınacaq.

Bundan əvvəl Sinqapurda "Omikron" ştammını aşkar edəcək COVID testi hazırlanmışdı.

Milli.Az