Gürcüstanda “buster” dozanın vurulması üçün tələb olunan müddət 3 aya endirilib

24 Dekabr 2021 20:59

Gürcüstanda koronavirusa qarşı "buster" dozanın vurulması üçün tələb olunan müddət 6 aydan 3 aya endirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İmmunlaşdırma Şurası qərar qəbul edib.

Qərara əsasən vətəndaşlar üçüncü doza kimi istənilən peyvənddən istifadə edə bilərlər.

Qeyd edək ki, Gürcüstanda 18 yaşdan yuxarı şəxslər "buster" doza qəbul edə bilir.

Məlumat üçün bildirək ki, Gürcüstanda son sutkada daha 2 164 nəfər koronavirusa yoluxub, 68 pasiyent pandemiyanın qurbanı olub.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 918 641-ə, xəstəlikdən ölənlərin sayı isə 13 289-a çatıb.

Milli.Az