Avropada qazın qiyməti ucuzlaşdı

23 Dekabr 2021 23:16

Avropada qazın qiyməti ucuzlaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mavi yanacağın min kubmetri 1500 dollartdan ucuz satılır. Bu barədə Londonun "İCE Futures" birjasının məlumatında bildirilir. Cümə axşamından mavi yanacağın qiymətində ümumi azalma artıq 27%-i ötüb.

Xatırladaq ki, dekabrın 21-də qazın qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dolları ötmüşdü.

Milli.Az