Bakıda gənc qız dəm qazından zəhərlənib

23 Dekabr 2021 22:37

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Sultanova Samirə Habil qızı Polad Həşimov küçəsində yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az