Puşilin: Ukraynada kimyəvi silahlar var

24 Dekabr 2021 03:33

Ukraynada kimyəvi silahlar var və Kiyevin onu istifadə edib-etməyəcəyi sual altındadır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri qondarma "donetsk xalq respublikası"nın rəhbəri Denis Puşilin deyib.

"Heç kim zəmanət verə bilməz ki, Ukrayna Donbasda kimyəvi silahdan istifadə etməyəcək", - deyə Puşilin bildirib.

Milli.Az