Son sutkada neçə nəfər peyvənd olunub?

23 Dekabr 2021 16:37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 653 005, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.

Milli.Az