Lukaşenko Bakiyevi Qırğızıstana verməyəcək
5 May 2010 12:38
Milli.Az xəbər portalının məlumatına görə, Lukaşenko bunu "Reuters"ə müsahibəsində bildirib. Qırğızıstanın müvəqqəti hökumətindən ona Bakiyevin ekstradisiyasına dair müraciətin gəlmədiyini deyən Lukaşenko söyləyib: "İndidən rəsmən bəyan etmək istəyirəm ki, bu müraciətlər nəticəsiz qalacaq. Qırğızıstan prezidentini Belarus dövləti və prezidenti müdafiə edir".
Xatırladaq ki, Bakiyev ailəsi ilə birlikdə Minskdə sığınacaq tapıb. Qırğızıstanın müvəqqəti hökuməti isə onun ekstradisiyasına nail omlaq üçün əlindən gələni edir.
Milli.Az