Afət Fərmanqızı evlənəcəyi tarixi açıqladı

23 Dekabr 2021 19:18

Müğənni Afət Fərmanqızı evlənəcəyi tarixi açıqlayıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, müğənni bu barədə "Həmin Zaur" verilişində danışıb:

"Nigah mərasimini yanvar ayının əvvəllinə planlaşdırmışıq. Bizim toy vaxtımız deyil. Otuz-qırx nəfər qohumlar arasında keçirəcəyik. Şahidlər olsun ki, Afət ailə həyatı qurdu".

A.Fərmanqızı evlənəcəyi adamın 15 il öncə evlilik təklif etdiyini deyib:

"O vaxt anam ağır xəstə idi. Sonra dünyasını dəyişdi. Evlənmək ruhunda deyildim".

Milli.Az