Merve Boluğur bu dəfə iş adamı ilə sevgili oldu - FOTO

23 Dekabr 2021 17:30

Türk mediasının "eşq həyatında üzü gülməyən aktrisa" kimi təqdim etdiyi Merve Boluğurun yeni münasibət yaşadığı ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa ötən gün iş adamı Erkan Şenlə qol-qola görüntülənib. Cütlük münasibətləri ilə bağlı suallara "Bir-birimizi tanıyırıq, gözəl dialoqumuz var. Hazırda çox xoşbəxtik" şəklində cavab verib.

Qeyd edək ki, Merve daha əvvəl müğənni Murat Dalkılıçla evli olub. Cütlük boşandıqdan sonra aktrisa dərin depresiyaya düşmüşdü.

Milli.Az