Xalq artisti Ramiz Novruz bir neçə gündür xərçəngdən əziyyət çəkməsi ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən gün "Zəhər tuluğu" filminin qala gecəsinə qatılıb. Ramiz Novruzun xeyli çəki atması diqqətdən qaçmayıb.
Qeyd edək ki, aktyorun oğlu Cavidan Novruz mediaya açıqlamasında atasına mədə xərçəngi diaqnozunun qoyulduğunu demişdi. R.Novruz isə ötən gün "qafqazinfo"ya açıqlamasında səhhətində ciddi problem olmadığını, xərçəngdən əziyyət çəkmədiyini, oğlunun açıqlama verərkən yuxulu olduğu üçün səhv məlumat yaydığını söyləyib.
Milli.Az