Gürcüstanın qərbində inşaat konstruksiyası çöküb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər işçi ölüb, daha bir neçə nəfər isə yaralanıb.
İnşaat işləri Gürcüstanın Avtomobil Yolları Departamenti tərəfindən icra olunub.
Ölkənin Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıb. Hadisənin detalları araşdırılır.
Milli.Az