Əkiz nəvələrinin dünyaya gəldiyini efirdə öyrəndi - VİDEO

23 Dekabr 2021 10:48

Müğənni Əlikram Bayramovun oğlu Qalibin ötən gün əkizləri dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sənətçiyə aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında deyib. O, Əlikramı qucaqlayaraq müjdəli xəbəri verib:

"Sara, Xan dünyaya gəldi. Atalı, analı böyüsün. Əlikramın iki nəvəsi doğuldu".  

Qeyd edək ki, Zaur Kamal bir neçə il öncə də Əlikram Bayramova baba olması haqda məlumatı öz proqramında vermişdi.

Milli.Az