"Allah qısqancdır, kimi ondan çox sevsən..." - Nüşabə Ələsgərli

23 Dekabr 2021 09:42

Əməkdar artist Nüşabə Ələsgərli "Tam vaxtıdır" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi proqramda Allah olan sevgisindən danışıb:

"Bütün sevgilərin başında Allaha olan məhəbbətdir. Allah qısqancdır, icazə vermir ondan çox kimisə sevəsən. Hər zaman uşaqlara və hamıya deyirəm ki, sizi yox, onu sevirəm. O birdən qısqanar və kimisə apar. Elə sevginin də ən möhtəşəmi Allaha olandır".

Milli.Az