Ərdoğan Azərbaycan da daxil olmaqla, 10 ölkənin ravvinlərini qəbul etdi - FOTO

23 Dekabr 2021 08:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Yəhudi İcması və İslam Ölkələri Ravvinlər İttifaqı üzvlərini qəbul edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə İstanbul, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, İran, Özbəkistan, Albaniya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Rusiyadan Baş ravvin və ravvinlər iştirak  edib.

Milli.Az