Bakıda “BakuBus”ın avtobusu qəzaya uğrayıb - FOTO

23 Dekabr 2021 08:28

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Müşviq və Hüseyn Cavid küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Saipa" markalı maşının sürücüsü dönərkən sükana nəzarəti itirərək nəqliyyat vasitəsini "BakuBus" MMC-yə məxsus 3 nömrəli marşrut xətti üzrə hərəkət sərnişin avtobusuna çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az