Boliviyada mikroavtobus min metr hündürlükdən aşıb, 7 nəfər ölüb

23 Dekabr 2021 08:53

Boliviyanın cənubunda sərnişinləri daşıyan mikroavtobus 1000 metr hündürlükdən dərəyə aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub.

San-Lukas bələdiyyəsinin həkimi Vladimir Betankurun sözlərinə görə qəzadan yalnız bir qadın sağ çıxıb. Onun vəziyyəti stabil qiymətləndirilir.

İlkin ehtimala görə, qəzaya səbəb kimi yağış nəticəsində yolun sürüşkən olması göstərilir.

Milli.Az