ÇL-in pley-off matçları bu topla oynanılacaq

23 Dekabr 2021 01:22

Çempionlar Liqasının pley-off mərhələlərində istifadə ediləcək top təqdim olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi tviter hesabı məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək final matçına kimi oyunlar bu topla keçirləcək.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə fevralın 15-də start veriləcək. Final qarşılaşması mayın 27-də gerçəkləşəcək.

Milli.Az