Rusiyada son bir gündə daha 25 264 nəfərə COVID-19 diaqnozu qoyulub.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 292 983 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 020 nəfər artaraq 300 269-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 097 521 nəfər sağalıb.
Milli.Az