Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Tacikistan XİN rəhbərinə təqdim edib
2 Mart 2012 18:31
Azərbaycanın Tacikistandakı yeni səfiri Abbasəli Həsənov etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Hamrohon Zarifiyə təqdim edib. Bu barədə cümə günü Trend "CA-News"a istinadən məlumat verir.
"Tədbirdən sonra baş tutan söhbət zamanı Zarifi qarşılıqlı maraq doğuran planların həyata keçirilməsinin vacibliyini və iki ölkə arasında ticari-iqtisadi əlaqələrin geniçləndirilməsinin zərurətini qeyd edib", - həmsöhbət bildirib.
Onun sözlərinə görə, nazir hüquq-müqavilə bazasının möhkəmləndirilməsi zərurətinə, investisiyaların həcminin və qarşılıqlı ticarətin artırılması üçün mövcud imkanların istifadəsinə diqqət çəkib.
"Tacikistanın XİN rəhbəri nəqliyyat-tranzit sektorunda münasibətlərin inkişafı imkanlarını, Tacikistanın ehtiyacları üçün neftçi kadrlarının hazırlanmasını nəzərdən keçirməyi tövsiyə edib", - mənbə qeyd edib.
Azərbaycanlı diplomat öz növbəsində iki ölkə münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün maksimum güc sərf etməyə hazır olduğunu ifadə edib.
Milli.Az