Ermənistanda COVID-19-dan ölənlərin sayı 7 921 nəfərə çatıb

22 Dekabr 2021 19:48

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma halı qeydə alınıb.

Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 343 997 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7 921 nəfərə yüksəlib.

Milli.Az