Azərbaycanı 2018-ci ildə Avroviziyada təmsil edən Aisel (Aysel Məmmədova) yenidən yarışmaya qatılmaq istəyir.
Milli.Az Olay-a istinadən xəbər verir ki,sənətçi növbəti iştirakla bağlı bir şərtinin də olduğunu qeyd edib.
Müğənni bildirib ki, sadəcə özünə məxsus bir bəstə ilə Avroviziyada yer ala bilər.
Qeyd edək ki, Aisel layihədə "X My Heart" mahnısı ilə yarışmış, finala vəsiqə qazanmamışdı.
Milli.Az