"Bakı"nın qol maşını: "Hələ təslim olmamışıq"
5 May 2010 12:35
"İnter"lə oyun çətin keçəcək. İlk oyunda çox təəssüf ki, rəqibə məğlub olduq. Amma hələ təslim olmamışıq. Qarşıda bizi minimum 90 dəqiqə gözləyir. Qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq. İnanıram ki, finala yüksələn komanda məhz "Bakı" olacaq". Milli.Az xəbər verir ki, bu sözləri "Bakı"nın hücumçusu Jaba deyib.
Braziliyalı forvard "İnter"ə qol vurmaq istəyir: "Çempionatda olduğu kimi çalışacağam ki, kubokda da "İnter"ə qol vurum. Amma əsas olan mənim fərqlənməyim yox, "Bakı"nın finala vəsiqə qazanmasıdır".
Qeyd edək ki, Jaba cari mövsümdə vurduğu 10 qolla "Bakı"nın ən yaxşı bombardiridir.
Milli.Az