İsrail kəşfiyyatçısı Süleymaninin öldürülməsindən danışdı - İLK DƏFƏ

22 Dekabr 2021 12:18

İran İnqilab Keşikçiləri Korpusunun xüsusi "Qüds" qüvvələrinin sabiq komandiri, general Qasım Süleymaniyə sui-qəsdlə bağlı ilk dəfə İsraildən açıqlama verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu mövzuda İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman danışıb.

T.Hayman vəzifədə olduğu müddətdə bu qətli ölkəsinin iki mühüm uğurundan biri kimi qiymətləndirib.

"Rəhbərliyim dönəmində iki böyük uğur əldə etdik, onlardan ən önəmlisi Süleymaninin öldürülməsidir", - deyə Tamir Hayman deyib.

Milli.Az