Sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında "Hızır" obrazına həyat verən Oktay Kaynarcanın yeni layihəsi bəlli olub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor yenidən "ATV" kanalında yayımlanması planlaşdırılan layihədə çəkiləcək. Kaynarca ekran işində sərt kişi obrazını canlandıracaq.
Adı bəlli olmayan və sentyabrda nümayişi planlaşdırılan serialın rejissorluğunu isə Onur Tan edəcək.
Milli.Az