Daha bir serial eşqi gerçək oldu

21 Dekabr 2021 23:29

Sonuncu dəfə "Ada masalı" serialında rol alan aktyor Alp Navruz restorandan çıxarkən görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor ekran işində tərəf müqabili olan aktrisa Ayça Ayşin Turanla eşq yaşaması haqda xəbərləri təsdiqləyib:

"Gözəl dostluğumuz var idi. Yaxşı tərəf müqabili olduq. Fərqli tərəfdən yoxlamağa qərar verdik. Hazırda gözəl davam edir, xoşbəxtik".

Milli.Az