Bakıda avtomobil 42 yaşlı kişini vurub

21 Dekabr 2021 22:52

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Cəlilov Pərviz Fəyyaz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az