Milyon da versələr 31-i günü evdən çıxmıram - Zaur 10 minlik təklifi rədd etdi

21 Dekabr 2021 20:30

Aparıcı Zaur Kamal Yeni il gecəsi gələn işlə bağlı təkliflərdən imtina edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bayramı evində, ailəsinin yanında keçirməyi xoşladığını bildirib.

"Milyon da versələr 31-i günü evdən çıxmıram. Ötən il Moskvaya getmək üçün 10 min dollar verdilər, istəmədim. Bu yaşa qədər 31-i günü evdən çıxmadım. Rahatlığımı düşünən adamam. Bilirəm, ailəni dolandırmaq lazımdır. Amma ailə ilə bayramı keçirtmək ən gözəlidir".

Milli.Az