Dünyanın ən hündür adamı, 39 yaşlı Türkiyə vətəndaşı Sultan Kesen rus adaxlı axtarışı ilə Moskvaya gəlib.
Milli.Az xəbər verir ki, bu barədə "Gazeta.Ru" məlumat yayıb. Əcnəbinin boyu 2 metr 51 santimetrdir. Yeniyetməlik dövründə sürətlə böyüyən Kesen 15 yaşında anormal inkişafı dayandırmaq üçün əməliyyat keçirsə də, bu ona qismən kömək edib.
O qeyd edir ki, uzun boylu olmaq ona bir qədər narahatçılıq yaradır, amma ümumiyyətlə, ölçüsünə öyrəşib. "Eşitdim ki, rus qızlar ehtiraslı kişiləri sevirlər" deyə Kesen 175 santimetr boyu olan qadınla evli olub, lakin bu yaxınlarda ondan boşanıb.
Anar Əli
Milli.Az