"Sadakatsız"ın Haluku sərxoş olub özünü biabır etdi - VİDEO

21 Dekabr 2021 18:36

Kanal D-nin rekord qıran serialı "Sadakatsız"da Haluk obrazını canlandıran Burak Sergen həddindən artıq spirtli içki qəbul etdiyi üçün çətin anlar yaşayıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur aktyor ötən gecə evinin qarşısında görüntülənib.

Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz" verilişinin kameralarına tuş gələn serial ulduzu bir müddət yerdə oturub, ayağa qalxa bilməyib. 

İki qadın dostu isə onu qaldırmaq üçün böyük səy göstərib. Həmin kadrlar efirdə təqdim olunub. 

Milli.Az