Gürcüstanda COVID-19-a 3 282 yeni yoluxma qeydə alınıb, 53 nəfər ölüb

21 Dekabr 2021 13:18

Gürcüstanda son sutkada daha 3 282 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 53 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-a 913 738 nəfərin yoluxduğu müəyyən olunub, onların 13 169-u ölüb.

Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 3 263 nəfər artaraq 866 339-a çatıb.

Milli.Az