Qurbanın iki ay sonra toyu olacaqmış - YENİLƏNİB - FOTO

21 Dekabr 2021 15:52

15:52

Ötən gün ABŞ-da qətlə yetirilən azərbaycanlı Qurban Bağırovun iki ay sonra toyu olacaqdı.

Bununla bağlı Baku.ws-ə mərhumun yaxınları məlumat verib. 

Onların sözlərinə görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı Qurban daha sonra çalışmağa başlayıb. 

Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparır. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.

-------

10:11

Azərbaycanlı Qurban Bağırov Amerika Birləşmiş Ştatlarında qətlə yetirilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə onun tanışı Elman Kərimov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, hadisə ötən axşam Çikaqoda baş verib.

Əldə etdiyimiz məlumata görə, 25 yaşlı həmyerlimiz başından güllələnib. 

Milli.Az