“Təmiz Şəhər” bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı kurs təşkil edir
5 May 2010 12:05
ASC-dən Milli.Az xəbər portalına daxil olan məlumata görə, təlim-tədris kursunda mütəxəssislər tərəfindən tullantıların idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, tullantıların emalı sahəsində müasir texnologiyaların tətbiqi, müəssisələrin təkrar xammaldan istifadə potensialının gücləndirilməsi, tullantıların idarə edilməsinin iqtisadi səmərəliliyinin artırılması, tullantıların emalının əsas xüsusiyyətləri, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsiri və digər mövzularda məruzələr oxunacaq.
Ətraf mühitin mühafizəsi və tullantıların idarə edilməsi sahəsində maraqlı olan şəxslər təlim-tədris kursunda iştirak edə bilərlər. Bir gün davam edəcək kursda iştirak pulsuz olacaq.
Milli.Az