İngilis azarkeşlər Salahı ilin ən yaxşısı seçdi

21 Dekabr 2021 20:00

İngiltərədə azarkeşlər tərəfindən təsis edilən "Fans' Footballer of the Year" ("Azarkeşlər arasında ilin futbolçusu") mükafatının sahibi bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ingiltərəli azarkeşlər hesab edirlər ki, Premyer Liqada 2021-ci ilin ən yaxşı oyunçusu Məhəmməd Salahdır.

"Liverpul"un misirli hücumçusu 140 mindən artıq azarkeşin iştirak etdiyi səsvermənin qalibi olub.

İkinci yeri "Vest Hem" klubunun yarımmüdafiəçisi  Deklan Rays tutub.

"İlk üçlüy"ü "Mançester Yunaytedin" yarımmüdafiəçisi Brunu Fernandes qapayıb.

Kriştianu Ronaldu siyahıda 14-cü yerdə qərarlaşıb.

Milli.Az