Keçmiş kəşfiyyat rəhbəri Süleymaninin qətlində İsrailin rolundan danışdı

21 Dekabr 2021 08:22

2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ pilotsuz uçan aparatı vasitəsilə öldürülən "Qüds" Qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsində İsrail rol oynayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman bildirib.

O, bu qətli vəzifədə olduğu müddətdəki iki mühüm qətldən biri kimi qiymətləndirib.

"Süleymaninin öldürülməsi bir nailiyyətdir, çünki mənim nəzərimdə əsas düşmən iranlılardır", - Tamir Hayman deyib.

General əlavə edib ki, İsrail İran silahlarının və resurslarının bölgədə yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atıb.

Milli.Az