Bakıda piyadanı avtomobil vuraraq öldürüb - FOTO

21 Dekabr 2021 08:08

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 34 yaşlı Şirxan Nəcəfov yolu keçərkən onu "Lexus" markalı avtomobil vurub.

Ş.Nəcəfov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Milli.Az