Britaniyada son sutkada koronavirusdan 44 nəfər həyatını itirib

20 Dekabr 2021 21:45

Böyük Britaniyada son sutka ərzində 91 743 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 11 453 121 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 44 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 147 261 nəfərə çatıb.

Milli.Az