"Oksana "od"dur, onu sakitləşdirirəm"

21 Dekabr 2021 06:33

Aktyor Şəhriyar Əbilov və rəqqasə Oksana Rəsulova evlilik həyatından danışıblar.

Milli.Az sherg.az"a istinadən xəbər verir ki, cütlük "Zaurla Günaydın" verilişində qonaq  olub. Belə ki, Ş.Əbilov O.Rəsulova ilə bir-birlərini başa düşdüklərini söyləyib:

"Biri od olanda, digəri su olsun gərək. Oksana təbiətən "od"dur. Onu sakitləşdirirəm. Mən  də, o da nəsə deyəcək, axırı fəsadlarla nəticələnəcək. Əsəblərimiz korlana və yaxud daha pis hallara gətirib çıxara bilər. Bunun baş verməməsi üçün  gərək sakitləşək, bir-birimizi başa düşək".

Milli.Az