Smartfon sahibləri, mütləq oxuyun!

2 Mart 2012 16:36
Milli.Az "The New York Times"a istinadən bildirir ki, "iPhone", "iPad" və "iPod" üçün olan proqramlar onlar yükləndikdə koordinatların təyinatına "Hə" cavabı verilərsə, fotoşəkilləri ümumiyyətlə, oğurlayaraq silə bilər.

"NYT" jurnalistləri proqram təminatı şirkətlərindən birindən "PhotoSpy" adlı proqram hazırlamağı xahiş ediblər. Bu proqram smartfonda açılıb işə salanda istifadəçi barədə lokasiya məlumatlarını istəyirdi. "Fotocasus"a belə icazə veriləndə isə o, smartfondakı bütün fotoşəkilləri və onların harada, nə zaman çəkilməsi barədə məlumatları kənar serverə yollayıb.

Eyni problem "Android" əməliyyat sistemli telefonlarda da var.
"Android"lə çalışan smartfonların hamısında fotoşəkillər standart fayl sistemi direktoriyasında saxlanıldığından "iOS"la müqayisədə fotoşəkil oğurluğu daha asan olur.

Üstəlik, proqram smartfon sahibinin xəbəri olmadan bütün fotoşəkillərin surətini kənar serverə yollayır.

Milli.Az