Beynəlxalq Avtomobil Federasiyasına yeni prezident seçilib

28 Dekabr 2021 21:10

Beynəlxalq Avtomobil Federasiyasına (FIA) yeni prezident təyin olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu vəzifəyə Məhəmməd İbn Süleyman seçilib.

Birləşmiş Ərəb Əmirliklərindən olan funksioner Parisdə keçirilən seçkilərdə britaniyalı Qrem Stokeri qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd İbn Süleyman fransalı 2009-cu ildən quruma rəhbərlik edən Jan Todtu əvəzləyib.

Milli.Az