Elza Seyidcahan gəlini ilə verilişdə - VİDEO

21 Dekabr 2021 05:33

Əməkdar artist Elza Seyidcahan "Sənətdən kənar" verilişinə qonaq olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, proqram zamanı Seyidcahan tənqidlərə məruz qalmasından danışıb. O, bu tənqidlərin onun üçün toy-bayram olduğunu deyib.

"Sənətdən kənar"da sənətçi ilə yanaşı qızı Gülşən, gəlini Xəyalə və nəvələri də iştirak edib.

Əməkdar artist qızının övladı Səmərruxun aktiv uşaq olduğunu və iki xarici dil bildiyini, oğlunun övladı Akifin isə hələ balaca olduğunu qeyd edib.

Sənətçi proqrama nəvələri ilə qatılaraq əyləndiyini bildirib.

Milli.Az