Türkiyəli aktyor faciəvi şəkildə öldü

20 Dekabr 2021 13:50

Türk xalq musiqisi sənətçisi İzzet Altınmeşenin 42 yaşlı aktyor oğlu Ali Murat Altınmeşe Mersinin Limonluk Mahallesi adlanan ərazisində qaldığı binanın 11-ci mərtəbəsindən yıxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hadisə yerində həyatını itirib.

İnsidentlə bağlı araşdırma başlayıb. Ali Muratın hansı səbəbdən yıxıldığı açıqlanmayıb. 

Qeyd edək ki, mərhum son olaraq "Barbaroslar: Akdeniz'in Kılıcı" serialında rol alıb. İzzet Altınmeşinin kiçik oğlu Fırat Altınmeşe də aktyordur.

Milli.Az