Meyxanaçı Namiq Qaraçuxurlu anasının səhhəti ilə bağlı yenidən İrana yollanıb.
Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlama verən sənətçi bildirib ki, əməliyyat uğurlu keçib:
"Əməliyyat uğurlu keçdi. Hələ anam tam ayağa qalxmayıb. Yavaş-yavaş yeriməyə başlayıb. Təhlükəni geridə qoymuşuq. Gələcəkdə yenidən bir fəsad çıxmasa, hər şey yaxşıdır. Amma tez-tez gəlib yoxlatdırmaq lazımdır".
Qeyd edək ki, Namiq anasının qida borusunda şiş aşkarlandığını bildirmişdi.
Milli.Az