Cari ilin 11 ayında pensiyaçılara ödənilən vəsait açıqlanıb

20 Dekabr 2021 10:16

2021-ci ilin yanvar-noyabr ayları ərzində pensiyaçılara ödənilən vəsaitin miqdarı açıqlanıb.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, cari ilin 11 ayında pensiyaçılara 4220,2 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 117,0 mln. manat çox olub.

Milli.Az