Rusiyada ağır qəzanın anbaan görüntüləri - VİDEO

20 Dekabr 2021 19:42

Rusiyanın Saratov şəhərində avtobus ağır qəza törədib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Jirnovskdan gələn nəqliyyat vasitəsinin enişdə əyləci sıradan çıxıb, əvvəlcə o, parkinqdə olan avtomobillərə çırpılıb, ardınca isə həyətyanı əraziyə girib.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Yol polisi xidmətinin əməkdaşları qəza ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az