"Mançester Yunayted" 36 yaşlı baş məşqçini komandanın başına gətirəcək

19 Dekabr 2021 18:37

"Mançester Yunayted" növbəti mövsüm üçün məşqçi seçimlərinə başlayıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, yayda almaniyalı Ralf Raqnik ilə yola davam etməyəcək olan "qırmızı şeytanlar" "Sportinq"i ( Lissabon ) çalışdıran  mütəxəssis Ruben Amorimi komandanın başına gətirmək istəıyir. Lakin adıçəkilən portuqaliyalının paytaxt təmsilçisi ilə 2024-cü ilə qədər sözləşməsi var.

Qeyd edək ki, 36 yaşlı mütəxəssis 2020-ci ilin martından "Sportinq"ə rəhbərlik edir.

Milli.Az