Azərbaycanlı məşqçi koronavirusdan vəfat etdi

19 Dekabr 2021 15:17

Azərbaycanın kikboksinq üzrə məşqçisi Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə "Report"a Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib.

Onun sözlərinə görə, Abbasov 46 yaşında müalicə aldığı "Yeni Klinika"da vəfat edib. O, 2 həftədən çox süni tənəffüs aparatında olub.

Milli.Az